Скрыть
48:1
48:2
48:3
48:4
48:6
48:10
48:12
48:14
48:17
48:20
49:0 Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru.
49:1 Siz, ey bütün xalqlar,
Bunu dinləyin!
Ey dünya sakinləri,
49:2 Ey sadə insanlar, əsilzadələr,
Ey zənginlər, fəqirlər,
Hamınız qulaq asın!
49:3 Dilimdən hikmətli sözlər çıxacaq,
Bu müdrik fikirlər qəlbimdən gəlir.
49:4 Bu məsəllərə qulaq asacağam,
Bu müəmmamı mən lira ilə açacağam:
49:5 Niyə yaman günlərdən,
Ətrafımda məni təqib edənlərin pis niyyətindən qorxum?
49:6 Onlar var-dövlətlərinə güvənirlər,
Bol sərvətləri ilə öyünürlər.
49:7 Amma kimsə öz ömrünü satın ala bilməz,
Həyatının haqqını Allaha ödəyə bilməz.
49:8 Çünki insanın canının haqqı çox dəyərlidir,
Ən üstün qiymətlər ona kifayət etmir ki,
49:9 İnsan əbədi ömür sürsün,
Məzarı heç görməsin.
49:10 Aydındır ki, həm hikmətlilər ölür,
Həm axmaqlar, həm də səfehlər tələf olur,
Hamının sərvəti başqasına nəsib olur.
49:11 Torpaqlara sahib olsalar belə,
Son mənzilləri qəbirdir,
Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır.
49:12 İnsan dəyərli olsa da, qalmır,
Həlak olan heyvana oxşayır.
49:13 Özünə güvənənlərin yolu ölümə aparır,
Özündən razı lovğaların sonu belədir.
Sela
49:14 Onlar sürü kimi ölülər diyarına aparılar,
Onları ölüm otarar.
Səhər açılanda əməlisalehlər onlara hakim olar.
Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında
Cəsədləri çürüyüb qalar.
49:15 Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq,
Məni oradan alacaq.
Sela
49:16 Qorxma bir adam varlı olanda,
Evinə sərvət yığılanda.
49:17 Çünki öləndə heç nə apara bilməz,
Sərvəti ardınca getməz.
49:18 Sağ ikən özünü xoşbəxt saysa da,
Uğur qazananda təriflənsə də,
49:19 Ata-babalarının yanına gedəcək,
Sonsuzadək orada işıq görməyəcək.
49:20 İnsan dəyərli olsa da, anlamır,
Həlak olan heyvana oxşayır.
Толкования стиха Скопировать ссылку Скопировать текст Добавить в избранное
Библ. энциклопедия Библейский словарь Словарь библ. образов Практическая симфония
Цитата из Библии каждое утро
TG: t.me/azbible
Viber: vb.me/azbible
Com.walesinteractive.theisletidehotel Com.halfbrick.dantheman 757 32 Com.XenoShyft